əhiyyə Nazirliyinin nümayəndə heyəti Türkiyədə Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüşüb

Səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanlı Həkimlər Dərnəyinin üzvləri ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkədə fəaliyyət göstərən həkimlərin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, COVID-19 pandemiyasının ən kəskin zamanlarında və Vətən müharibəsi zamanı Türkiyədə çalışan həkimlərimizin bir qismi könüllü olaraq Azərbaycana qayıdaraq, müharibə iştirakçılarına, yaralılara və virusa yoluxanların sağlamlıqlarının bərpası üçün əllərindən gələni əsirgəməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31