Maşına yanacaq doldurdu, pulu verməyib aradan çıxdı
7 Fevral 2022 13:23 SosialBakıda avtomobilinə yanacaq doldurdan şəxs pulunu ödəməyərək qaçıb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsinə fevralın 2-də Qaraçuxur qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birində "Chevrolet" markalı avtomobilin sürücüsünün 48 manat dəyərində yanacaq doldurduqdan sonra pulu ödəməyərək getməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Hüseynov müəyyən edilərək saxlanılıb. Suraxanı RPİ-də araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31