668 toy şənliyinin monitorinqi aparılıb
7 Fevral 2022 12:24 Sosial5-6 fevral tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 668 toy şənliyinin monitorinqini həyata keçirib. DİN-dən "Olaylar"a bildirilib ki, monitorinq 657 şadlıq sarayında, 11 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər barəsində toplanmış materiallar məhkəməyə göndərilib;
- 217 nəfər "COVID-19" pasportu olmadığına görə şənliyə buraxılmayıb.