Azərbaycanda qapanmalarla bağlı qərar verilə bilər - AÇIQLAMA
7 Fevral 2022 11:59 Sosial"Dünyanın başqa ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusun "Omikron" ştammına yoluxma sayında yüksək artım müşahidə edilir".
Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "Omikron"a qarşı görüləcək tədbirlər də digər ştamlardakı ilə eynidir: "Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".
H.Harmancı qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq həyata keçirilməsini tövsiyə edirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31