“DOST İş” Mərkəzi daha 40 nəfəri işilə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST İş" Mərkəzi daha 40 nəfər işsiz şəxsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası və Mərkəzi Hərbi Poliklinikasında operator işi ilə təmin edib. "Olaylar" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" altsistemi yaradılıb. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışı təmin edilib. İşə cəlb olunanlar operator kimi çalışaraq, komissiyalar tərəfindən ötən dövrdə verilmiş şəhadətləndirilmə sənədlərinin qeyd edilən altsistemə daxil edilməsi  prosesini həyata keçirir. Keçən il də "DOST İş" Mərkəzi tərəfindən həmin sahə üzrə 26  şəxs işlə təmin edilib. Beləliklə, ödənişli ictimai işlər proqramı  şərşivəsində  ümumilikdə 69 şəxs  əmək müqaviləsi ilə operator  işində  çalışır və həm də müvafiq fəaliyyət sahəsi  üzrə ilkin peşə bilik və bacarıqları qazanırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31