Məktəblər bağlanacaq? - Nazirlikdən açıqlama
4 Fevral 2022 15:10 SosialHal-hazırda 9 məktəb və 299 sinif distant təhsilə keçib.
Olaylar.az xəbər verir ki, bunu Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, hazırda statistika göstərir ki, məktəblərdə əvvəlki aylara nisbətən yoluxma artımı müşahidə olunur.
"Vəziyyət nəzarət altındadır və məktəblərin tamamilə qapadılmasına ehtiyac görülmür", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31