“Omikron” insanların həyəcandan azad olmasına səbəb olub”

"Koronavirusun "Omikron" ştammı COVID-19-un əvvəlki variantlarına nisbətən sağlamlıq üçün daha az təhlükəlidir, buna görə də pandemiyanın qripə bənzər şəkildə idarə oluna bilmə şansı var və bir neçə aydan sonra bir çox Avropa İttifaqı ölkəsi məhdudiyyətləri aradan qaldıracaq".  Olaylar.az xəbər verir ki, bunu Belçikadakı Löven Katolik Universitetində müəllim işləyən, virusoloq Mark van Ransta deyib.Mütəxəssis əmindir ki, "Omikron" insanların heyəcandan azad olmasına səbəb olub."O daha çox yoluxucu olsa da, lakin daha az təhlükəli və ölümcüldür. İnfeksiyanı yüngül formada keçirmiş insanlar, həmçinin peyvənd olduqlarına görə xəstəliyi asan adladan insanlar koronavirus pandemiyasını mövsümi qripə çevirir. Bu isə bizim ümid etdiyimiz nəticədir", - deyə Mark van Ranst söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31