İstehlaka yararsız 36 ton müxtəlif növ süd məhsulları məhv edilib
4 Fevral 2022 12:55 SosialAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Sun Food" MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 36.01 ton müxtəlif növ süd məhsulları "Təmiz Sumqayıt-Kənan" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA-dan "OLAYLAR"-a verilən məlumaat görə, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31