Azərbaycanın əməkdar məşqçisi vəfat etdi - FOTO

Azərbaycanın əməkdar məşqçisi, SSRİ idman ustası Nəcəf Çöllüyev vəfat edib.

Olaylar.az-ın məlumatına görə, sabiq sərbəst güləşçi 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Nəcəf Çöllüyev 1959 - 1964-cü illərdə milli və sərbəst güləş üzrə açıq ölkə birinciliyində 13 dəfə respublika çempionu olub. 1963-cü ildə "Azərbaycanın əməkdar idman ustası" fəxri adına layiq görülən Çöllüyev Ümumittifaq yarışlarda da titullara sahib çıxıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31