"Paracetamol" istifadə etmək vəziyyətinizi ağırlaşdıracaq

Koronavirus xəstəliyinin ilkin simptomları olan bəzi vətəndaşlar həkimə müraciət etmədən ev şəraitində müalicə olunurlar.

Olaylar.az   xəbər verir ki, öskürək, halsızlıq və boğaz və əzələ ağrıları zamanı həkim resepti olmadan "Paracetamol" və "Strepsis" kimi ağrıkəsicilərdən istifadə edirlər.

Nəticədə vətəndaşlar öz vəziyyətlərini ağırlaşdırmış olurlar. Üstəlik virusun yayılmasına da şərait yaradırlar.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, dərman qəbulu həkim nəzarətində olmalıdır: "Özbaşına reseptlərdən istifadə etmək, antibiotik vurmaq təhlükəlidir. "Paracetamol"un həddən çox qəbulu qara ciyəri zədələyə bilər. ABŞ-da statistikaya görə, bu dərmanın qəbulundan ildə 500 nəfər həyatını itirir".

(azxeber)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31