Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
3 Fevral 2022 18:42 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 435 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 114 431, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 239 838, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 746 927, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 127 666 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31