"4-5 toydan aldığım pulu bu biznesdə 1 saata qazanmışam"
10 Yanvar 2022 20:51 SosialMüğənni Elvin Abdullayev biznesindən qazandığı məbləğdən danışıb.
Olaylar.az olay-a istinadən xəbər verir ki, sənətçi ayaqqabı biznesinin çətinliyindən bəhs edib. "Xəbər-ətər" proqramında danışan Elvin bildirib ki, buradan gəliri yetəri qədərdir:
"Hələ davam edirəm, görüm harada qırılır. Üstündə dayan bilmirəm, çətindir. Şərikim var, İstanbulda yaşayır. İşçilər də var, amma yenə də işin başında özün dayanmalısan. Yoxsa çətinliklə üzləşirsən. 4-5 gün toya gedib aldığım pulu bu biznesdə 1 saata qazanmışam. Amma yenə də müğənnilikdən gələn gəlirin bərəkəti var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31