Azərbaycanda koronavirusdan vəfat edən jurnalistlərin sayı açıqlandı
10 Yanvar 2022 20:09 SosialAzərbaycanda ötən il jurnalistlər arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 288 nəfərə yaxın olub.
Olaylar.az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) illik hesabatında bildirilib.
Xatırladılıb ki, 2020-ci ildə ölkədə 117 jurnalist COVID-19-a yoluxub.
Bildirilib ki, 2020-2021-ci illərdə infeksiyaya yoluxan jurnalistlərin ümumi sayı 405 nəfərə çatıb.
"COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin sayı 2021-ci ildə 8 nəfər olub (2020-ci ildə də 8 nəfər olub). Bununla da 2020 və 2021-ci illərdə koronavirusdan həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb", - qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31