5 prokuror işdən çıxarılıb - 30 nəfərə töhmət verilib

Ötən il xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 52 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. 

"Olaylar"ın xəbərinə görə, bu barədə ötən ilin yekunları ilə bağlı Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində deyilib. Bildirilib ki, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 5 nəfər vəzifədən azad edilib, 30 nəfərə töhmət və ya şiddətli töhmət, 15 nəfərə isə irad intizam tənbehi tədbiri tətbiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31