Ağacların aşmasına səbəb olan tikinti şirkəti cəzalandırılıb
10 Yanvar 2022 11:38 SosialDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib. Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev "Olaylar"a bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31