Bakıda müəllimin şagirdlər tərəfindən döyülməsi xəbəri yalanlandı
10 Yanvar 2022 10:34 Sosial"Bakı şəhəri 17 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbdə müəllimin şagirdlər tərəfindən döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlar əsassızdır".
"OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb . Bildirilib ki, ümumiyyətlə 17 nömrəli tam orta məktəbdə 21 yaşlı ingilis dili müəllimi fəaliyyət göstərmir.
Məktəb və müəllim haqqında əsassız məlumatların yayılması təhsilə xüsusi önəm verən Azərbaycan cəmiyyətinin prinsiplərinə uyğun olmayan hallardandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31