Bakıda yanğın baş verən məktəbdə tədris bərpa olunub

 

Bakıda ötən həftə yanğın baş verən 84 nömrəli tam orta məktəbdə tədris ənənəvi qaydada davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a verilən məlumata görə, məktəbin işıq, su və istiliklə təminatı normaldır.

Qeyd edək ki, yanvarın 7-də baş verən yanğın səbəbindən məktəbdə tədrisin bir günlük distant qaydada təşkili zərurəti yaranmışdı.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31