Cənub zonasının Mərkəzi Xəstəxana rəhbərləri ilə görüş keçirilib

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov Cəlilabad-Salyan və Lənkəran Tibbi Ərazi Bölmələrinə (TƏB) daxil olan Biləsuvar, Salyan, Neftçala Cəlilabad, Lənkəran, Lerik, Masallı, Astara və Yardımlı Rayon Mərkəzi Xəstəxanalarının direktorları ilə görüşüb.

"OLAYLAR" TƏBİB-ə istinadən xəbər verir ki, görüş zamanı Vüqar Qurbanov icbari tibbi sığortanın tətbiq edilməsi, elektron göndərişlərin verilməsi, o cümlədən tibbi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlarını verilib.

Daha sonra Xəstəxana rəhbərlərinin təklifləri dinlənilib və gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31