“25 manat olan məhsul 30 manatı keçib” - Nura Suri
8 Yanvar 2022 11:48 SosialMüğənni Nura Suri ərzaq məhsullarının bahalaşmasından gileylənib.
Olaylar.az xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə yazıb. O bildirib ki, əvvəl aldığı məhsulların qiyməti qalxıb:
"24-25 manat olan məhsul 30 manatı keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür. Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31