Ayaz Mütəllibov nitq qabiliyyətini itirib

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov nitq qabiliyyətini itirib.

Olaylar.az  xəbər verir ki, modern.az-a daxil olan məlumata görə, uzun müddətdir səhhətində problem yaşayan siyasətçinin adından mətbuata verilən açıqlamalar köməkçisi tərəfindən hazırlanır.

Bildirilir ki, 84 yaşlı A.Mütəllibov dəfələrlə edilən zənglərə belə, cavab vermək iqtidarında deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31