Azərbaycanda qadınlar imkansızlıqdan bu yolla pul qazanır - ARAŞDIRMA

"İmkanım yoxdur, işləmirəm. Folekul donor üçün hara müraciət etməliyəm və mənə nə qədər pul ödənəcək?" sosial şəbəkələrdə qadınların bu cür paylaşımlarına tez-tez rast gəlinir. Hətta bu tip elan reklamları ilə bağlı çoxlu səhifələrdə də rast gələ bilərik. Hansı ki, qadınları 500-800 manat müqabilində folekul donor olmağa dəvət edir.

Kiçik bir araşdırma üçün həmin səhifələrdən birinə müraciət etdik və təxmini belə bir cavab aldıq.

"Yaşınız və boyunuz uyğun gəlirsə donor olmaq üçün müraciət edə bilərsiniz. Bunun üçün aybaşı prosesinin ikinci günündə ginekologi müayinəyə gəlməlisiz. Təxmini 8-10 gün müddətində göbəkətrafı iynələr vurulur. Folekullar yetişdikdən sonra həmin folekullar sizdən alınır. Prosedur sayına uyğun olaraq sizə 500-600 manat pul ödənir. Ziyansızdır. Proses bütün süni mayalanma mərkəzlərində aparılır. Ginekoloq müayinəsi də təxmini ona görə seçilir. 

Seçilən donorlar könüllük əsasında aparılır və gələcəkdə süni mayalanma zamanı prosesdə iştirak etmək istəyən ailələr üçün ödənişli xidmət əsasında tətbiq edilir". 

(snews.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31