Kütləvi şəkildə qriplərin yayılmasının səbəbləri bəlli oldu
6 Yanvar 2022 14:28 SosialOlaylar.az xəbər verir ki, infeksionist Nicat Əzimli kütləvi şəkildə qripə yoluxamaların artmasına aydınlıq gətirib.
Bu barədə infeksionist Nicat Əzimli Olaylar.az-a açıqlamasında bildirib.
"Son vaxtlar müxtəlif respirator infeksiyalar gələn müraciətlər arasındadır. Bunun əsas səbəbi mövsümlə əlaqədar havaların soyuq keçməsi, bu səbəbdən qapalı mühitlərdə insanların toplaşması, keçən bayram günlərində əhali arasında gediş-gəlişin artması və s.dir"- deyə infeksionist söyləyib.
Əlavə olaraq, bu infeksiyalar bəzən laborator testlərlə təsdiqlənməsə də qrip və ya digər non-covid infeksiyalar olduğu tərəfimizdən aşkarlanır. Eləcə də covid-19-a da rast gəlinir. Hələ ki, Azərbaycanda yerli epidemik vəziyyət kontrol altında olduğunu,. Omikron variantının isə aşkarlanması halı hələ ki, elan olunmadığını qeyd edib.