“Özündə xəstəlik hiss edən şəxs mütləq təcrid olunmalı və həkimə müraciət etməlidir”- Təyyar Eyvazov
6 Yanvar 2022 10:37 SosialSon zamanlar insanlar arasında kütləvi şəkildə qripə yoluxma halları müşahidə edilir. Bu hal isə insanları narahat edir. Bəs bunun əsas səbəbi nədədir?
Bu barədə Olaylar.az-a açıqlama verən Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov bildirib ki, son vaxtlarda əhali arasında kəskin respirator virus infeksiyasının artımı müşahidə edilir. Bu mövsümlə bağlı artımdır. Hər il eyni hal təkrarlanır. Koronavirusla bağlı durum stabil olaraq qalır.Omikron ştamının ölkə ərazisində olması faktı hələ ki, rəsmi təsdiqlənməyib, .qeyd olunan kəskin respirator virus infeksiyalarının mövsümi artımının müxtəlif səbəbləri vardır. Bunlardan havaların soyuması ilə əlaqədar əhalinin daha çox bağlı məkanlarda toplanması, otaqların daha az havalandırılması, immunitetin bu aylarda azalması və b. göstərmək olar. Hər iki qrup infeksiyaların klinik əlamətləri eyni olduğu üçün özündə xəstəlik hiss edən şəxs mütləq təcrid olunmalı və həkimə müraciət etməlidir. Eyni zamanda hər iki qrup infeksiyalardan qorunma vasitələri də eynidir və buna görə əhaliyə tövsiyə olunur ki, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə etsin, əhalinin sıx toplaşdığı məkanlardan mümkün qədər yayınsın, vaksinasiya prosesində aktiv iştirak etsin.