2600-dən çox məhkum azadlığa buraxılıb
5 Yanvar 2022 14:25 SosialÖtən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb. Bu barədə Ədliyyə Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, 950-dək şəxsin cəza müddəti azaldılıb. Həmçinin, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb. Hazırda amnistiya qərarının icrası davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31