Ötən il 111 mindən çox doğum qeydə alınıb
5 Yanvar 2022 14:21 SosialƏdliyyə Nazirliyi tərəfindən iqtisadi, sosial və digər aktual məsələlərlə bağlı ötən illə müqayisədə 35% çox - 2.400-ə yaxın hüquqi akt layihəsi hazırlanıb, 3.400-dən çox akt ekspertizadan keçirilib. "Olaylar" nazirliyə istinadən xəbər verir ki, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə ictimaiyyət üçün daim açıq saxlanılan və mütəmadi yenilənən milli qanunvericiliyin vahid elektron resursuna (e-qanun.az) daxilolmaların sayı 2,8 milyonu ötüb ki, bu da ötən illə müqayisədə 25% çoxdur. Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı çoxalaraq 4.3 milyonu ötüb. Həmçinin 111 mindən çox doğum qeydə alınıb, habelə nikahların sayı xeyli artaraq 55 mini keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31