Özünü Azərbaycan FHN-in əməkdaşı kimi təqdim edən əslində kim imiş?

Marmaris bələdiyyəsi özünü Azərbaycandan olan, polkovnik rütbəli yanğınsöndürən kimi təqdim edən şəxsi mükafatlandırıb. Yayılan məlumatda bildirilir ki, bələdiyyə həmin şəxsi bu ilin yayında Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsindəki xidmətlərinə görə mükafatlandırıb. Bu məlumat Türkiyə mətbuatında qalmaqallı xəbər kimi işıqlandırılıb. Ancaq həmin şəxsin FHN sisteminə bağlılığı yoxdur. Onun əynində xüsusi təyinatlı qüvvələrin səhra geyimi var. Qoluna isə hərbi nizamnamədə nəzərdə tutulmayan qaydada şevronlar taxılıb. Çiynindəki poqon isə səhra geyim formasına uyğun deyl. "Olaylar"ın məlumatına görə, FHN-nin Mətbuat Xidmətindən bildirilib ki, Türkiyədə Marmaris bələdiyyəsinin mükafatlandırdığı şəxs (Rasim Əhmədli) Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil. Məlumata görə, Rasim Əhmədli uzun müddətdir Türkiyədə yaşayır və kababçı işləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31