Xərçəng diaqnozunda ümid verən inkişaf
5 Yanvar 2022 12:45 SosialOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Oksford Universitetinin alimləri xərçəng diaqnozunun qoyulması üçün yeni sadə və ucuz üsul tapıblar. Qan testi ilə xərçəngin varlığı və varsa yayılıb yayılmadığı asanlıqla öyrənilə bilər.
İngiltərənin Oksford Universitetinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu xəstənin qanında metabolitlər adlanan kimyəvi maddələri ölçməklə işləyən yeni qan testi hazırlayıb.
Test qandakı "metabolitləri" ölçmək üçün maqnit sahələrindən və radio dalğalarından istifadə edir.
Sağlam insanlar, lokallaşdırılmış xərçəngi olan insanlar və metastatik xərçəngi olan insanlar fərqli metabolik profillərə malikdirlər.
Xərçəng diaqnozu üçün ucuz və asan idarə olunan test insanda xəstəliyin olub-olmadığını və yayılıb-yayılmadığını müəyyən edə bilər.
Tədqiqatçılar izah etdilər ki, test bir sıra müxtəlif xərçənglər üzərində işləyir və hətta qeyri-spesifik simptomları olan xəstələrdə də xəstəliyin varlığını müəyyən edə bilir.
Testin həm sürətli, həm də ucuz olması xərçəngin erkən aşkarlanmasındakı maneələri aradan qaldırır.