Qarabağ qazilərinə motorlu əlil arabaları paylanıldı - FOTOLAR

Bu gün "Qürbətdən Qarabağa", "Qazilərimiz qürurumuzdur" aksiyası çərçivəsində Qarabağ qazilərinə əlil arabaları paylanılıb.

Hollandiya Azərbaycan-Türkiyə cəmiyyətinin sədri İlhan Aşkının rəhbərliyi və Hollandiyada yaşayan azərbaycanlıların dəstəyi ilə ölkəyə 100 ədəd motorlu əlil arabaları gətirilib.

Tədbirdə  ziyalılar,millət vəkilləri, qazilər  iştirak edib.

Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatındakı büstü önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov

Bir 6 nəfər, ayaqüstə duran insanlar və hərbi forma şəkili ola bilər

qazilərimizə göstərdiyi dəstəyə görə  Hollandiya Azərbaycan-Türkiyə cəmiyyətinin sədri  İlhan Aşkına öz təşəkkürünü bildirib  ölkəmizdə şəhid ailələri və qazilərə yüksək qayğı göstərildiyini söyləyib.

Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
 Çıxış edən İlhan Aşkın rəhbərlik etdiyi  qurumun uzun illərdir ki, Avropada Azərbaycan həqiqətlərinin təbliği ilə məşğul olduğunu bildirib. 44 günlük Vətən müharibəsində onların da Avropada anti-Azərbaycan qüvvələrinə qarşı informasiya müstəvisində mübarizə apardığını bildirib. İlhan Aşkın,  bu çətin və məsuliyyətli işdə bizə kömək olan və arabaların ölkəmizə çatmasını təmin edən Milli Məclis Sədrinin müavini, MM-in Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə, eləcə də bu  işdə əməyi olan hər kəsə - "KROS Medical"a, "Yardım Yolumuz"a, "Qırmızı ürəklər" Xeyriyyə Fonduna və VITTA şirkətinə dərin minnətdarlıq bildirib..

Bir 9 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Daha sonra çıxış edən  Milli Məclisin vitse-spikeri Adil Əliyev də deyib  ki,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi yüksək hünər və şücaət nəticəsində tarixi torpaqlarımız düşmən işğalından birdəfəlik azad edildi, nəticədə bu gün üçrəngli bayrağımız Vətən göylərində böyük məğrurluqla dalğalanır. Prezident və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə çox yüksək səviyyədə diqqət və qayğı göstərilir, onlar mənzil  və avtomobillə təmin   edilir, digər ehtiyaclarının həlli istiqamətində genişmiqyaslı addımlar atılır. Bildirib  ki,  qazilərimizə, şəhidlərimizin bizə əmanəti olan ailələrinə ehtiram göstərmək hər birimizin borcudur.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Adil  Əliyevin  sözlərinə  görə  "Qürbətdən Qarabağa" şüarı altında başlanmış layihə çərcivəsində ehtiyacı olan qazilərimizə və şəhid ailələrinə verilməsi məqsədilə Milli Məclisin Gənclər və İdman Komitəsinin köməkliyi ilə Niderlandda fəaliyyət göstərən "Azərbaycan-Türk mədəniyyət dərnəyi" və "Kros medical" tərəfindən  ölkəmizə 80 ədəd elektron və 20 ədəd mexaniki əlil arabaları gətirilib.Adil  Əliyev İlhan Aşkına nəcib təşəbbüsünə görə təşəkkür edərək onun hələ 44 günlük Vətən müharibəsindən öncə Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər gördüyünü vurğulayıb.

Bir 7 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
 

Mehriban Xəlilbəyova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31