"Xaricdə mənə model deyirlər" - Məleykə Əsədova
4 Yanvar 2022 17:33 Sosial"Aktrisayam, dünyanın hansı ölkəsinə gedirəmsə gedim, bəzəksiz olsam da aktrisa, müğənni model deyirlər. Bu da mənim şarmımdan irəli gəlir. Qoy elə varlığım belə olsun, zəngin görünüm".u sözləri Xalq artisti Məleykə Əsədova "Qonağım ol" verilişində deyib. Aktrisa geyimlərindən danışıb:
"İnsan nə geyinirsə geyinsin öz bədən ölçülərinə uyğun geyinmıli, yaraşmalı və onu daşımalıdır. Baxırsan kök xanımdır dar geyinir. Ona yaraşmır, daha uyğun geyinsin. Köklük, bədənin ölçüsünün doğru olmamağı eyib deyil. Ən əsası bədən ölçülərinə uyğun geyinməkdir. Ucuz geyinə bilərsən, bahalı görünə bilər. Bahalı geyinərsən, heç əynində görünməyə bilər. Ən əsas paltarı daşımaqdır və bədən ölçülərinə uyğun geyinməkdir"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31