Bikinidə ofisiantlıq edən qız: “Məndən başqa şey istəməyə də cəsarət edirlər...”
4 Yanvar 2022 15:40 SosialABŞ-da yaşayan 19 yaşlı Qreys adlı qız sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
Sfera.az xəbər verir ki, Vaşinqtonda ofisiantlıqla məşğul olan Qresy xidməti bikini ilə həyata keçirir.
Digər baristalardan fərqli olaraq alt paltarı ilə qəhvə xidməti etdiyini izah edən Qreys gəlirinin yaxşı olduğunu deməklə yanaşı işinin də çətinliyindən bəhs edib.
"İnsanlarbaşa düşə bilmirlər ki, mən yalnız kofe verirəm. Məni geyimimə görə mühakimə edirlər və daha çox şey istəməyə cəsarət edirlər. Bu vəziyyət mənə və digər bikinili baristalara qarşı pis fikir yaradır",- deyə Qreys vurğulayıb.
19 yaşlı qız tələbə olduğu və ehtiyaclarını qarşılamaq üçün ofisiant işlədiyini də deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31