Mütəxəssislərdən ilginc açıqlama – “Quyruq yağı cinsi istəyi artırır”
3 Yanvar 2022 16:22 SosialQuyruq və kərə yağının faydaları açıqlanıb.
Olaylar.az xəbər verir ki, dietoloqların fikrincə, arıqlamaq üçün yağdan deyil, şirniyyatdan imtina etmək lazımdır.
Mütəxəssilər qeyd ediblər ki, quyruq yağının cinsi istəyə faydası böyükdür. Bundan başqa yağlı xörəklər yeməyən insanların orqanizmində A, E vitaminləri azaldığı üçün dəri tez qırışır, qocalır və immun sistemi zəifləyir. Bu da bir çox xəstəliklərə yol açır.
Dietoloqların fikrincə, böyrəkaltı və böyrəküstü vəzilər mütləq testosteron istehsal etməlidir ki, qarşı tərəfə istək yaransın. Testosteronun da tərkibi xolesteroldur.
Cinsi istəyin olması üçün yağ çox önəmlidir.
Mütəxəssislər bildirirlər ki, gün ərzində kərə və quyruq yağını müəyyən miqdarda qəbul etmək lazımdır. Belə olmazsa, yağın tərkibində olan xolesterin müəyyən problemlərə, məsələn, qan-damar sisteminin xəstəliklərinə və daxili orqanların zədələnməsinə səbəb ola bilər.
Mənbə: gent.az