Bu azərbaycanlı gənc Bakıdan Qubaya kimi piyada gedəcək

Dünyanın diqqətini ekoloji problemlərə yönəltməyə çalışan və bu məqsədlə Estoniya, Latviya, Litva, Polşa, Kalininqrad, Almaniya, İsveçrə, Fransa, İspaniya daxil bir neçə Avropa ölkəsini (4000 kilometr yolu) əsasən piyada və bəzi hallarda velosipedlə gəzən 29 yaşlı həmyerlimiz, araşdırmaçı jurnalist, şəxsi inkişaf və natiqlik üzrə mütəxəssis Ağa Mehdiyev daha bir maraqlı təşəbbüsü ilə diqqət çəkib.

Ümumilikdə düynanın 35 ölkəsində 170-dən çox şəhərə səyahət edən bu gənc indi də "Cavanlaşan Narkomaniya", "Sağlam Həyata" şüarları ilə Bakıdan Qubaya qədər olan 170 kilometrə qədər məsafəni piyada qət etmək qərarına gəlib.

Bu məqsədlə Ağa Mehdiyev 31 dekabr səhər saatlarından etibarən yaşadığı Biləcəri qəsəbəsindən yürüşə başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə onun özü "Facebook" səhifəsində paylaşım edib

Ağa Mehdiyev qeyd edib ki, bu formatı seçməkdə məqsədi gənclərin narkomaniyadan uzaq durmasına və sağlam həyatı seçməsinə vəsilə olmaqdır.

Mənbə: big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31