31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə MEK-də  tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Bir 1 nəfər, kitab və içəridə şəkili ola bilər

MEK-in baş direktoru, professor Məmməd Əliyev  tədbir iştirakçılarını bu gün münasibətilə  təbrik edib. Alim, bu əlamətdar günün milli birlik, torpağa sədaqət və məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyini bildirib. Baş direktor dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən, o cümlədən ölkəmizin son illər ərzində əldə etdiyi nailiyyətlərdən söz açıb, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu günün təsis edildiyini, yorulmaz fəaliyyəti ilə Ulu Öndər siyasi fəlsəfəsinin, onun liderlik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin bu sahədəki uğurlu xidmətlərini nəzərə çatdırıb. "44 günlük Vətən müharibəsi dövründə nəinki ölkədə, hətta ölkə hüdudlarından kənarda yaşayan Azərbaycanlıların həmrəyliyinə, Azərbaycan xalqının yumruq kimi birləşərək Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyinə şahid olduq"-deyə, baş direktor bildirib.

Bir 8 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Daha sonra 2021-ci ildə Mərkəzi Elmi Kitabxananın elmi-ictimai həyatında fəal iştirakına, göstərdiyi yüksək peşəkarlığa və əldə etdiyi nailiyyətlərinə görə fərqlənən bir qrup MEK əməkdaşına "Təşəkkürnamə"lər  təqdim edilib.

Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Dəyərli kitablardan hazırlanmış yolka iştirakçıların marağına səbəb olub.

Sonra tədbir bədii hissə ilə davam edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

[email protected]

(012) 539-73-67 (daxili 14-14)

   
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31