Bu universitetdə tələbələrə əlavə qayıb yazılır? - AÇIQLAMA
30 Dekabr 2021 13:22 SosialSosial şəbəkələrdə ADNSU tələbələri bildirirdilər ki, unibook sistemində baş vermiş texniki xətaya görə qayıbların hesablanmasında səhvə yol verilib.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov bu gün problem tamamilə aradan qaldırılacaq.
O bildirib ki, dərslər pandemiyaya görə sentyabrın 15-i deyil, sentyabrın 29-da başlaması universitetin unibook sistemində müəyyən texniki problemlər yaradıb:
"Belə ki, proqram dərs saatlarını 15-sentyabrdan hesablayıb. Buna görə də bəzi sistem tələbələr qayıb limitini keçmiş kimi göstərib. Bu gün problem tamamilə aradan qaldırılacaq. Tələbələrin narahatçılığına heç bir əsas yoxdur", - deyə B.Nəzərov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31