Deputat Jalə Əhmədova şəhid anaları ilə görüş keçirib
30 Dekabr 2021 10:48 SosialMilli Məclisin deputatı Jalə Əhmədova Salyan şəhərində şəhid anaları ilə görüş keçirib. "OLAYLAR"-a Jalə Əhmədovanın Deputat Qərargahından bildirilib ki, 59 saylı Salyan seçki dairəsi ərazisində yaşayan bütün şəhid analarının dəvət olunduğu görüşün keçirilməsində məqsəd, onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təbrik etmək, həmçinin qayğıları ilə maraqlanmaq idi.
Deputat Qərargahından bildirilib ki, görüş zamanı millət vəkili Jalə Əhmədova şəhid analarını dinləyib, onları narahat edən məsələlərlə bağlı səlahiyyətləri çərçivəsində lazım olan dəstəyi əsirgəməyəcəyimi bildirib.
Jalə Əhmədova yeni, 2022-ci ildə ölkəmizə sülh və əmin-amanlıq, xalqımıza firavanlıq arzulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31