Nazirlik Yeni il bayramı ilə bağlı əhaliyə müraciət etdi

Səhiyyə Nazirliyi Yeni il bayramı ilə əlaqədar əhaliyə müraciət edib.
Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov məlumat verib.
Onun sözlərinə görə, bayramlarda qonaq getmə halları çox müşahidə olunur: "Bu da təmasların artması deməkdir. Novruz bayramında da qeyd etmişdim ki, qaydalara uyğun davranılsa, nəticə yaxşı olar. Yenə də bu tədbirlərə əməl edilməsini tövsiyə edirəm".
"Nəzərə alsaq ki, ölkədə "Omikron" ştamı qeydə alınmayıb. Ona görə də bu bayramda kütləvi toplaşma yəqin ki, yoluxma sayında artıma səbəb olmayacaq. Lakin yenə də ehtiyatı əldə verməməklə lazımi qoruyucu tədbirlərə ciddi əməl etmək lazımdır", - T.Eyvazov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31