Səhiyyə nazirinin I müavini: “Koronavirus yalnız xəstəxanada müalicə olunur”

"Evdə müalicə yoxdur, evdə dəstək var".

Olaylar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib.

"Koronavirus evdə spesifik dərmanlarla müalicə olunmur. Koronavirus yalnız xəstəxana şəraitində müalicə olunur", - vurğulayıb.

Nazir əvəzi poliklinikalar tərəfindən evdə müalicə alan şəxslərə vitamin komplekslərinin verilməməsi ilə bağlı səsləndirilən iddialara da münasibət bildirib: "Bu məlumatlar varsa, nazirliyə məlumat verilsin. Bu komplekslərin sadəcə imtiyazlı ailələrə verilməsi ilə bağlı fikir yanlışdır".

Mənbə: apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31