Paytaxtdakı partlayış səslərinin səbəbləri məlum oldu
28 Dekabr 2021 11:32 SosialBakı və bakıətrafı ərazilərdə partlayış səslərinin səbəbləri məlum olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bakıətrafı ərazilərdə hərbi təlimlər keçirilir: "Şəhər kənarında keçirilən hərbi təlimlərlə bağlı şəhərin bəzi ərazilərində gurultu və partlayış səsləri eşidilir. Bununla bağlı bildiririk ki, əhalinin narahatlığına heç bir əsas yoxdur," - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı şəhərində partlayış səsləri eşidilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31