“Emiland”in sahibinin xanımı vəfat etdi

Tanınmış iş adamı, "Emiland" modalar evinin rəhbəri Hikmət Hüseynova ağır itki üz verib.

Olaylar.az  qafqazinfo-ya istinadən xəbər verir ki, biznesmenin həyat yoldaşı Pərvanə Hüseynova vəfat edib. 

O, ötən gün dünyasını dəyişib. P. Hüseynovanın uzun müddətdir xərçəngdən əziyyət çəkdiyi bildirilir.

Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31