31 şəhidin ailə üzvü vətəndaşlığa qəbul edilib

"Prezidentin sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilib"."Olaylar" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov özünün "facebook" səhifəsində yazıb. O, qeyd edib ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçularımızın ailə üzvləridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31