Danışan İnsan Kitablar - Oğuz Ayvaz yazır

Elə bir kitabxana düşünün ki, orda insanlar canlı kitablara çevrilirlər. Bizim kimi ölkələrdə kitabxanaları nadir görənlər üçün bu fikir sərhədləri çətinləşdirsə də "İnsan Kitabxanaları" 70 ölkədə var və sayıları hər keçən gün artır. Bu yazı ilə fərqli kitab insanlarla tanış olacaqsınız. Diqqət aşağıdakı abzasa.

Əslində sistemin kitabxanadan bir fərqi yoxdur. Necə bir kitabı seçir, müvəqqəti götürür və oxuyursuz, bu kitabxanada da bir insan kitabı seçir, müvəqqəti aparır və hekayəsini şəxsən özündən dinləyirsiniz. İnsan kitablarını yarım saatlığına oxuya bilərsiniz, amma daha çox oxumaq istəsəniz vaxtı uzada bilərsiniz. Bildiyiniz kitabxanalardan fərqi isə insan kitabları evinizə apara bilməzsiniz.

İnsan kitablar könüllü olaraq xidmət göstərirlər. Hər birinin fərqli həyatları, fərqli hekayələri var. İçlərində evsiz, cinsəl təcavüzə uğrayanı, seks işçisi, cinsiyyət dəyişdirəni, qaçqını, tənhası da var. Bu insan kitablar, cəmiyyət tərəfindən təcrid olunan, önyarğılarla və neqativ düşüncələrlə mübarizə edən insanlardır.

Əvvəlcə, məqsəd empatiya qurmaq, bu insanlara qarşı olan önyarğıları aradan qaldırmaqdır. Bu kitabxanada insanlar hekayələri birinci şəxsdən dinləyir, bir-birlərini tanıyırlar və cəmiyyətin özlərinə təzyiq göstərdikləri qınaqdan xilas olaraq sevgi bağlılıqlarını gücləndirirlər.

Medalın görünməyən o biri tərəfi də var, düşünün ki, kitablar ümumiyyətlə birgə yaşayandan çox üçüncü bir göz tərəfindən roman, hekayə, araşdırma olaraq bizlərə təqdim edilir. İnsan Kitabxanasında isə bilgiyə birbaş insandan ulaşa bilirsiniz. Məsələn, evsiz bir insanı götürək, hekayəsini bir də özündən eşidirik, səmimi etiraflarına şahid oluruq. Hər şey kimi kitabxanalar da dəyişir.

Beləcə öz həyatımızdan çox fərqli həyatlar yaşayan insanlar ilə empatiya qurmaq imkanı əldə edirsiniz. Söhbət etdiyiniz kitab kim olursa olsun, siz onun daxili aləmi ilə tanış olacaqsınız. Söhbətin sonunda dərk edəcəksiniz ki, hər ikiniz fərqlisiniz. Həyatı fərqli görür, fərqli şeylərdən qorxur və fərqli şeyləri sevirsiniz. Fərqlisiniz amma, bir o qədər də eyni. Yaşadığınız həyat və problemlər nə qədər fərqli olsa da, eyni masa arxasında oturub deyib-gülə bilirsiniz.

Mükəmməl fikir Danimarkada gərginlikərin yol açdığı gənclik şiddətini azaltmaq məqsədilə yaradılmışdır. Kitabxananın qurucusu Ronni Abergel 2000-ci ildən bu yana inanılmaz irəlləyiş əldə olduğunu deyir. Hər gün ziyarətçilərin sayı artır və kitabxananın dünyanın müxtəlif ölkələrində filialları açılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31