Seçkilərdə bölgələrdən qadın namizədlər iştirak etmir
27 Dekabr 2021 13:10 SosialParlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov gender bərabərliyindən danışıb. Olaylar xəbər verir ki, deputatın sözlərinə görə, bələdiyyə seçkilərində çox vaxt gender bərabərliyi pozulur:
"Bakı, Sumqayıt və Gəncə şəhərlərini çıxmaq şərtilə, digər bölgələrdə qadın namizədlər iştirak etmir. İştirak etsələr də, həyat yoldaşları şəkillərini plakat şəklində vurulmasına icazə vermirdi. Bu cür halların düzəlməsi zaman tələb edir. Burda balans pozulur. Bu cür məsələlər üçün ibtidai siniflərdən başlamaq lazımdır"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31