Ərinin məşuqəsini bu yolla tapdı

TikTok istifadəçisi Emi Eddison ərinin ikili həyat sürdüyünü necə öyrəndiyini paylaşıb.

Olaylar.az  lent.az-a istinadən xəbər verir ki, evli olduqları müddətdə onun gizli məşuqəsi iki övladının dünyaya gəldiyi üzə çıxıb.

Eddison toylarının 10-cu ildönümündən bir müddət əvvəl ərinin onu aldatdığını ifşa edib.

Onun sözlərinə görə, bu, uşaqların doğulması ilə bağlı xəbərləri dərc edən yerli qəzeti vərəqləyərkən baş verib: "Valideynlərin adlarını, uşağın cinsini, nə vaxt  və hansı xəstəxanada doğulduğunu göstərirlər. Beləliklə, mən ərimin və başqa bir qadının adını tapdım. Aydın oldu ki, məhz o özüdür. Qeyriadi adı olduğu üçün hər şey aydın idi", - qadın iddia edir.

Eddison, qəzetdəki məlumatları adıçəkilən xəstəxananın saytında yoxlamaq qərarına gəlib: "Ərimin və həmin qadının adlarını yazdım, məlum oldu ki, həqiqətən bir neçə gün əvvəl onların oğlu doğulub"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31