Media nümayəndələrinin Şuşaya səfəri başlayıb
27 Dekabr 2021 10:10 SosialAzərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri Şuşaya səfərə gedib. "OLAYLAR"-ın səfərdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, səfərdə həm çap, həm də onlayn mediadan olan onlarla KİV nümayəndəsi iştirak edir.Səfər çərçivəsində media nümayəndələrinin Şuşada həyata keçirilən qurucluq-abadlıq işləri ilə tanış olacağı, şəhərin tarixi-mədəni abidələrini ziyarət edəcəkləri gözlənilir.
Qeyd edək ki, bundan əvvəl də MEDİA-nın təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələrinin işğaldan azad edilmiş şəhər və rayonlara səfərləri təşkil edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31