" Gənc Qazilər " İctimai Birliyinin yekun hesabat gecəsi keçirilib FOTOLAR

25 dekabr 2021 - ci il tarixdə " Gənc Qazilər " İctimai Birliyinin yekun hesabat gecəsi keçirildi. Hesabat gecəsi Dövlət Himninin səslənməsi ilə başlandı. Torpaqlarımız uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra tədbir işinə davam etdi.  
Hesabat gecəsini giriş sözü  ilə açan "Gənc Qazilər" İB təşkilat məsələləri üzrə sədr müavini Muxtar Allahyarov " Gənc Qazilər " MMC və İB yaranma səbəblərindən danışdı və qeyd etdi ki , Vətən Müharibəsindən sonra Gənc qazilərin cəmiyyətdə aktiv fəaliyyəti və müharibədə olduğu kimi dinc həyatda da birlik nümayiş etdirmək istəyi birliyin yaranması zərurətini yaratdı. M.Allahyarov çıxışında  Birliyin qısa zaman kəsiyində ölkənin demək olar ki , bir çox şəhər və rayonlarında öz filiallarını təsis etdiyini və növbəti illərdə də təşkilatçılıq işini davam etdirəcəklərini söylədi. 
Sonra " Gənc Qazilər" İB sədri Hacı Vəliyevə söz verildi. Birliyin sədri əvvəlcə gələn qonaqları salamladı , sonra isə qalibiyyəti dünyaya səs salmış  Ali Baş Komandan İ.Əliyev cənablarını bir gün öncə olmuş doğum günü münasibəti ilə təbrik etdi . Çıxışına davam edən  H.Vəliyev " "Gənc Qazilər " İB yarandığı gündən bir il ərzindəki fəaliyyətinin yekun hesabatını verdi. Birliyin qazilərin  qayğı və problemlərinin həll olunması istiqamətindəki uğurlarını qeyd edən sədr onlarla qazinin əlillik təyinatı ilə bağlı məsələyə yardım  edilməsini , hospital və reabilitasiya mərkəzlərinə yerləşdirilməsini və s. qayğı və problemlərin həll olunmasına köməklik göstərilməsini qeyd etdi. Çıxışının sonunda birlik rəhbəri " Gənc Qazilər" İB növbəti illərdə də fəaliyyətinin səmərəli surətdə inkişafına var gücü ilə dəstək verəcəyini vurğuladı. H.Vəliyev fürsətdən istifadə edərək , xalqımızı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə də təbrik etdi. 
Daha sonra tədbirdə General P.Həşimovun qardaşı İ.Həşimov , Qarabağ savaşı başlandıqda Tovuz özünümüdafiə batalyonunun qurucusu olmuş , Aykido Federasiyasının prezidenti Zöhrab Məmmədov , həkimlər , xeyriyyəçilər, mətbuat nümayəndələri çıxış edərək , yeni yaranmış təşkilat haqqında xoş təəssüratlarını söylədilər və Gənc Qazilərə fəaliyyətlərində uğurlar arzuladılar.  
Tədbirin sonunda qonaqlara " Gənc Qazilər" İB - nin xatirə diplomları təqdim olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31