“Omicron” üçüncü doza vaksini zəruri edəcək? - AÇIQLAMA
25 Dekabr 2021 11:21 SosialArtıq COVID-19-un yeni ştamları bütün dünya üzrə yayılmaqda davam edir. Pandemiyanın sonunu gətirən və daha təhlükəli növ hesab olunan "Omicron" isə qonşu ölkələrdə də müşayiət edilməkdədir.
Bu isə öz növbəsində "Delta" ştamı kimi "Omicron"un da Azərbaycanda yayılma ehtimalını artırır.
Maraqlıdır, virusun yeni ştamları kütləvi halda yayılarsa, koronavirusa qarşı vaksinin üçüncü dozasının tətbiqi zəruri hal ala bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a danışan daxili xəstəliklər uzmanı Həbib Sahratov qarşıdakı zaman ərzində koronavirus qarşı üçüncü doza peyvəndin tətbiqi ilə bağlı zərurətin yarana biləcəyini qeyd edib:
"Əgər iki doza tətbiq edildikdən sonra bədəndə kifayət qədər antitel yaranırsa, üçüncüdozaya gərək yoxdur. Yəni vaksin sonrası yaranan antitellər bizi lazımınca qoruya biləcək. Yeni ştammların iki dozadan sonra təsiri ilə bağlı məsələ hələ ki, tam tədqiq edilməyib. Bu baxıman dəqiq nəsə demək olmaz.
Əgər yeni ştammlara qarşı üçüncü dozanın vurulması effektiv təsir edərsə, o zaman üçüncü dozanın tətbiqi zəruri ola bilər".
Mütəxəssis vaksindən sonra bədəndə yaranan antitellərdən də danışıb:
"Təcrübədə görülməyib ki, antiteli yüksək olan şəxs koronavirusa yoluxsun. Antitellərin analizində nəticə 50-dən aşağı, ya da yuxarı olaraq hesablanır. Nəticənin yüksək olması yoluxmanın olmamasına, yaxud da xəstəliyin simptomsuz keçməsinə imkan yaradır".