Bakıda peyvənd olunan təhsil işçilərinin sayı açıqlandı
23 Dekabr 2021 10:57 SosialPaytaxtda təhsil işçilərinin 33 968 nəfəri vaksinasiya prosesinə qoşulub. Bu göstərici paytaxtın təhsil müəssisələrində çalışanların təxminən 90 faizi həddindədir.
"OLAYLAR"-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 8 820 nəfəri artıq 3-cü doza peyvənd olunub.
"Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.
Bu məqsədlə hazırda Bakı şəhərində yerləşən 2 ümumi təhsil məktəbində (278, 316) peyvənd məntəqəsi fəaliyyət göstərir.
Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə ilk qoşulanlardandır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31