Şahin Seyidzadə Qobustan rayonu Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirib
22 Dekabr 2021 15:24 SosialAzərbaycan Respublikası Milli Məclisinin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputatı Şahin Seyidzadə Qobustan rayonunun Çuxanlı kəndində fərdi vətəndaş qəbulu keçirib. "Olaylar" xəbər verir ki, dekabr ayının 21-də Çuxanlı, Təklə və Çalov kəndlərindən olan vətəndaşların iştirakı ilə keçirilmiş qəbulda infrastruktur, məşğulluq, torpaq, əmlak, sosial təminat və sağlamlıq məsələləri ətrafında müraciətlər səsləndirilmişdir. Qəbul zamanı millət vəkili vətəndaşlar tərəfindən səsləndirilən problemlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılacağı barədə məlumat vermişdir.
![]()
![]()
![]()
![]()
![]()
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31