"Uşaqların diləndirilməsi cəmiyyətimizi təhdid edən məsələdir"

Küçədə uşaqların diləndirilməsi cəmiyyətimizi, gələcəyimizi təhdid edən bir məsələdir.

Olaylar.az  bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O qeyd edib ki, böyük insanların əlində azyaşlı uşaqlar qazanc vasitəsi kimi istifadə olunur.

"Onlar hətta öz ata-anaları tərəfindən bu işə cəlb edilirlər. Əlbəttə buna qarşı hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər aparılmalıdır. Uşağın hər hansı bir şəkildə əməyinin, özünün istismarı qəbuledilməzdir. Bu konvesiyalara da, bizim milli qanunvericiliyimiz və mənəviyyat qanunlarımıza da ziddir. Hüquq-mühafizə orqanları ilə birgə həmin uşaqların, onların ailələrinin, yaxın adamlarının tapılması prosesinə qoşuluruq. Əgər bunlar yoxdursa, uşaqların dövlət müəssisələrinə yerləşdirilməsi məsələsi ilə məşğul oluruq. Onların təhsil, psixoloji-reabilitasiya işini təşkil edirik. Təəssüf ki, elə hallar olur ki, bütün bu proseslərə cəlb edilən uşaq 1 həftə 10 gündən sonra qaçır və yenidən küçəni seçir", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31