Bakı şəhərində işçilərin orta aylıq əməkhaqqı 937,5 manata bərabər olub
22 Dekabr 2021 11:41 SosialBakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında işçilərin orta aylıq əməkhaqqı 937,5 manata bərabər olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nəzərən 1,2 faiz daha çoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31